- Transfer
- 23:53 30.12.2025
“Vest Hem” “Vulverhempton”un hücumçusu Yörgen Stranna Larseni heyətinə qatmaq niyyətindədir.
90deqiqe.Az-ın "The Guardian"a istinadən məlumatına görə, Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “çəkicdöyənlər”in baş məşqçisi Nunu Eşpiritu Santu qış transfer pəncərəsində hücum xəttini gücləndirmək istəyir və Larseni əsas hədəf kimi müəyyənləşdirib.
“Vulverhempton” Norveç millisinin üzvü üçün 45,6 milyon avro tələb edir. Bununla yanaşı, “Vest Hem” Çexiyanın “Viktoriya” klubunda çıxış edən Rafiü Durosinmi kimi alternativ variantları da nəzərdən keçirib. Hələlik London klubunun tələb olunan məbləği ödəməyə hazır olub-olmadığı məlum deyil.
Cari mövsümdə 25 yaşlı hücumçu klub səviyyəsində 18 oyunda 3 qol vurub. “Vulverhempton” hazırda cəmi 2 xalla Premyer Liqa turnir cədvəlinin son pilləsində qərarlaşıb. “Vest Hem”in aktivində isə 13 xal var və komanda 18-ci yeri tutur.