- Transfer
- 23:53 30.12.2025
Fransa çempionu PSJ transfer hədəfini müəyyənləşdirib.
90deqiqe.Az-ın "A Bola"ya istinadən məlumatına görə, Paris klubu "Sportinq"in müdafiəçisi Usman Diomandeni heyətinə qatmaq istəyir.
22 yaşlı futbolçu Paris klubunun prioritet transfer hədəfləri sırasına daxil edilib. Fransa nəhəngi artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
PSJ-nin baş məşqçisi Luis Enrike Diomandeni yüksək qiymətləndirir. Fransa çempionu müdafiəçi üçün təxminən 45 milyon avro təklif etməyə hazırlaşır.
Usman Diomande hazırda Sportinq ilə 2027-ci ilin ortalarına qədər müqavilə bağlayıb. Lissabon klubunda o, 113 rəsmi oyunda iştirak edib, 6 qol vurub və 2 məhsuldar ötürmə edib.