31 dekabr 2025. Çərşənbə

“Rapid”in yeni baş məşqçisi bəlli oldu


  • Transfer
  • 23:13 30.12.2025
  • Oxunma sayı: 39
“Rapid”in yeni baş məşqçisi bəlli oldu

Avstriyanın “Rapid” klubu baş məşqçi postuna yeni təyinatı rəsmiləşdirib.

90deqiqe.Az-ın məlumatına görə, Vyana təmsilçisini bundan sonra danimarkalı mütəxəssis Yohannes Hoff Torup çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Torup  yeni klubu ilə 2026/27 mövsümünün sonunadək müqavilə imzalayıb. Sazişdə daha 1 il uzadılma bəndi də yer alıb.

Torup təyinatdan sonra bunları deyib:

“İlk dəfə ‘Rapid’in marağı haqqında eşidəndə dərhal bu təkliflə yaxından tanış olmaq istədim. Buraya səfərim və klub rəhbərliyi ilə apardığım danışıqlardan sonra bunun mənim üçün uyğun seçim ola biləcəyini anladım. Hamımız klubu layiq olduğu yerə qaytarmaq istəyirik”.

Yeni baş məşqçinin təqdimat mərasiminin 7 yanvar tarixinə planlaşdırıldığı bildirilib.

36 yaşlı mütəxəssis daha əvvəl İngiltərənin “Norviç” və Danimarkanın “Nordselland” klublarında fəaliyyət göstərib.

Qeyd edək ki, “Rapid” Avstriya çempionatında 17 turdan sonra 25 xalla 7-ci pillədə qərarlaşıb. Klub sonuncu dəfə 2008-ci ildə çempionluq titulunu, 1995-ci ildə isə ölkə kubokunu qazanıb.







Transfer