31 dekabr 2025. Çərşənbə

“Flamenqo” Filipe Luislə müqaviləni 2027-ci ilin sonuna qədər uzatdı


  • Transfer
  • 23:21 30.12.2025
  • Oxunma sayı: 36
“Flamenqo” Filipe Luislə müqaviləni 2027-ci ilin sonuna qədər uzatdı

Braziliyanın “Flamenqo” klubu baş məşqçisi Filipe Luis ilə müqaviləni uzadıb.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Klubun icraçı direktoru Joze Botu yeni müqavilə barədə bunları bildirib:

“Müqavilənin uzadılması üzrə müsbət nəticəyə yalnız hər iki tərəfin layihəni davam etdirmək istəyi sayəsində nail olmaq mümkün oldu. Məqsədimiz maraqları birləşdirərək balanslı və davamlı bir razılaşma əldə etmək idi ki, bu həm baş məşqçinin istəklərinə, həm də klubun idarəetmə siyasətinə uyğun olsun.”

40 yaşlı mütəxəssis ilə yeni müqavilə 2027-ci ilin dekabr ayının sonuna qədər nəzərdə tutulub.

Filipe Luis 2024-cü ildən “Flamengo”nu çalışdırır. Onun rəhbərliyi altında klub Libertadores Kuboku, Braziliya Kuboku, Braziliya Superkuboku qazanıb və Rio-de-Janeyro ştatı çempionu olub.

Qeyd edək ki, Filipe Luis futbolçu karyerası zamanı 2019–2023-cü illərdə də “Flamenqo”da çıxış edib.







Transfer