31 dekabr 2025. Çərşənbə

PSV "Fulhem"in təklifini rədd etdi


  • Transfer
  • 23:39 30.12.2025
  • Oxunma sayı: 34
PSV "Fulhem"in təklifini rədd etdi

PSV klubu Rikardo Pepinin transferi üçün “Fulhem”dən gələn təklifdən narazı qalıb.

90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, ilk təklif olan 30 milyon avro PSV tərəfindən yetərsiz hesab edilib. “Fulhem” isə geri çəkilmək niyyətində deyil və ABŞ millisinin hücumçusu üçün yeni qiymət təklif etməyə hazırlaşır.

 Pepi bu mövsüm 21 oyunda 10 qol və 2 assist, keçən mövsüm isə 29 oyunda 18 qol və 3 məhsuldar ötürmə ilə diqqət çəkib.

Qeyd edək ki, fevral ayında 22 yaşlı futbolçu klubla 2030-cu ilin iyununa qədər yeni müqavilə imzalayıb.

 







Transfer