- Transfer
- 23:53 30.12.2025
Dünyanın ən yaşlı peşəkar futbolçusu Kazuyoşi Miura Yaponiya 3-cü Liqasının komandalarından "Fukuşima Yunayted" ilə müqavilə imzalayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Karyerasının 41-ci peşəkar mövsümünə hazırlaşan 58 yaşlı Miura bildirib:
“Yaşım artdıqca futbola olan ehtirasım dəyişməyəcək. Fukushima’da oynamaq şansı qazandığım üçün minnətdaram. Gəlin birlikdə yeni tarix yazaq.”
Ölkəsində “Kral Kazu” ləqəbi ilə tanınan Miura, 1980-ci illərin ortalarından bu yana 40 peşəkar mövsümdə çıxış edib.
1986-cı ildə Braziliyanın Santos klubunda karyerasına başlayan Miura, Avstraliya, İtaliya və Xorvatiya klublarında forma geydikdən sonra Yaponiya futboluna qayıdıb.
2005-ci ildən Yokohama klubunun futbolçusu olan Miura, 1992-ci ildə Asiyada ilin futbolçusu, 1996-cı ildə isə liqanın qol kralı olub.
O, həmçinin Yaponiya Milli Komandasının heyətində 89 oyun keçirib.