31 dekabr 2025. Çərşənbə

“Mançester Yunayted” və “Mançester Siti” onu istəyir


  • Transfer
  • 16:12 31.12.2025
  • Oxunma sayı: 54
“Mançester Yunayted” və “Mançester Siti” onu istəyir

“Nottingham Forest”in yarımmüdafiəçisi Elliot Anderson “Mançester Siti”nin transfer hədəfinə çevrilib.

90deqiqe.Az-ın "Teamtalk"a istinadən məlumatına görə, “şəhərlilər” futbolçunu transfer edərkən əsas rəqibləri “Mançester Yunayted”i qabaqlaya biləcəklərinə inanırlar. “Mançester Siti” rəhbərliyi hesab edir ki, çempionluq uğrunda mübarizə aparan klub və UEFA Çempionlar Liqasına müntəzəm qatılma imkanları Anderson üçün daha cəlbedici olacaq.

Cari mövsümdə İngiltərə Premyer Liqasında 19 oyuna çıxan Anderson 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer