- Transfer
- 16:58 31.12.2025
“Monako”nun yarımmüdafiəçisi Magnes Akliuş qış transfer pəncərəsində Fransa çempionatını tərk edib İngiltərə Premyer Liqasına keçə bilər.
90deqiqe.Az-ın "Mail Sport"a istinadən məlumatına görə, 23 yaşlı futbolçunu “Tottenhem” klubu transfer etmək istəyir. London klubu artıq futbolçunun agenti ilə danışıqlara başlayıb.
Akliuşun transfer qiyməti 45 milyon avro olaraq qiymətləndirilir. Futbolçunun Monako ilə mövcud müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Fransa Liqasında 15 oyunda iştirak edən Magnès Akliuş 3 qol vurub və 2 məhsuldar ötürmə edib.