- Transfer
- 16:58 31.12.2025
"Roma" klubunun rəhbərliyi komandanın müdafiə xəttini gücləndirməyi planlaşdırır.
90deqiqe.Az-ın "Sky Italia"ya istinadən məlumatına görə, paytaxt klubunun hədəfində İngiltərə Premyer Liqasından iki mərkəz müdafiəçisi var. “Canavarlar” “Tottenhem” klubundan Radu Draquşin və “Çelsi”dən Aksel Disasini transfer etmək imkanlarını dəyərləndirirlər. İtaliya təmsilçisi artıq hər iki futbolçunun agenti ilə danışıqlara başlayıb.
İtaliya çempionatında 17 turun ardından "Roma" komandası 33 xal toplayıb və turnir cədvəlində 4-cü pillədə qərarlaşıb. Lider “İnter”dən geri qalma fərqi isə 3 xaldır.