- Transfer
- 22:20 01.01.2026
Braziliyalı ulduz futbolçu Neymar “Santos” klubu ilə yeni müqavilə şərtləri üzrə razılığa gəlib.
90deqiqe.Az-ın məlumatına görə, yeni müqavilə 2026-cı ilin dekabr ayınadək qüvvədə olacaq.
Qeyd edək ki, Neymarın mövcud sözləşməsi 31 dekabr 2025-ci ildə başa çatmışdı və onun uzadılması ilə bağlı rəsmi xəbər yayılmamışdı.
Daha əvvəl 33 yaşlı hücumçunun 1 yanvar 2026-cı ildə komandadan ayrılmaq ehtimalı ilə gündəmdə idi.
Xatırladaq ki, Neymar 2025-ci ilin yanvarında “Əl-Hilal”dan “Santos”a azad agent statusunda transfer olunub. O, 2024/2025 mövsümündə meydana çıxdığı 30 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda futbolçunun transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.