- Transfer
- 22:20 01.01.2026
“Brayton” klubu Dortmund “Borussiya”sının yarımmüdafiəçisi Paskal Qrossu heyətinə cəlb edib.
90deqiqe.Az-ın məlumatına görə, yeni müqavilənin detalları açıqlanmasa da, tərəflər arasında bütün rəsmi prosedurlar tamamlanıb və futbolçunun transferi artıq həll olunmuş məsələdir.
2025/2026 mövsümündə Qross bütün turnirlərdə 16 oyunda meydana çıxıb. O, bu görüşlərdə fərqlənməsə də, 2 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun Dortmund klubuyla müqaviləsi 30 iyun 2026-cı ilədək qüvvədə idi.
34 yaşlı yarımmüdafiəçinin transfer dəyəri 3,5 milyon avro olaraq qiymətləndirilir. Qeyd edək ki, Qross 2026-cı ilin yayında azad agent statusu qazana bilərdi. O, Dortmund “Borussiya”sına məhz “Brayton”dan 2024-cü ilin yayında 7 milyon avro qarşılığında transfer olunmuşdu.