2 yanvar 2026. Cümə

“Aston Villa” braziliyalı hücumçu transfer etdi


  • Transfer
  • 20:22 01.01.2026
  • Oxunma sayı: 33
“Aston Villa” braziliyalı hücumçu transfer etdi

İngiltərənin “Aston Villa” klubu “Qremio”nun hücumçusu Alissonun transfer edib.

90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, Premyer Liqa təmsilçisi 19 yaşlı vingerlə müqavilə imzalayıb. Portu-Aleqre klubunun akademiyasından yetişən braziliyalı peşəkar karyerasına 2024-cü ilin iyul ayında start verib.

Gənc futbolçu qısa müddətdə “Qremio”nun əsas heyətində möhkəmlənib və ötən mövsüm Braziliya A Seriyasında 34 oyunda iştirak edib.

“Aston Villa”nın paylaşımında “Xoş gəlmisən, Alisson!” ifadəsi yer alıb.

Qeyd edək ki, 2025-ci ilin yayında Moskva “Dinamo”sunun futbolçu ilə maraqlandığı və transfer üçün 15 milyon avro ödəməyə hazır olduğu bildirilirdi. Transfermarkt portalı Alissonun bazar dəyərini 8 milyon avro olaraq göstərir.







Transfer