- Transfer
- 22:20 01.01.2026
Fransanın “Renn” komandasında çıxış edən mərkəz müdafiəçisi Ceremi Zake karyerasını “Mançester Yunayted” klubunda davam etdirə bilər.
90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, "qırmızı şeytanlar" fransalı futbolçunun xidmətində maraqlıdır.
"Mankunianlılar"ın qış transfer pəncərəsində əsas məqsədlərindən biri müdafiə xəttini onunla gücləndirməkdir. Eyni zamanda, 20 yaşlı futbolçu “Real”, “Çelsi” və “Yuventus”un da transfer hədəfləri siyahısında yer alır.
Cari mövsümdə Zake “Renn”in bütün turnirlərdə 20 matçında iştirak edib, lakin məhsuldar ötürmə və ya qol vurmayıb. Transfermarkt portalı müdafiəçinin bazar dəyərini 20 milyon avro qiymətləndirir. Onun Fransa klubuyla müqaviləsi 2029-cu ilin yayına qədər qüvvədədir.