- Transfer
- 23:48 02.01.2026
“Vest Hem”in hücumçusu Niklas Füllkruq karyerasını "Milan"da davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
32 yaşlı forvard “rossoneri”yə cari mövsümün sonunadək icarə əsasında keçib. Müqavilədə almaniyalı futbolçunun tam transferi üçün satınalma opsiyası da nəzərdə tutulub.
Qeyd edək ki, Füllkruq bu mövsüm bütün turnirlərdə cəmi doqquz oyunda meydana çıxsa da, məhsuldarlıq göstəricisi ilə yadda qalmayıb – onun hesabında nə qol, nə də assist var.