3 yanvar 2026. Şənbə

“Real” Salahdan imtina etdi


  • Transfer
  • 22:18 02.01.2026
  • Oxunma sayı: 6
“Real” Salahdan imtina etdi

“Liverpul”un ulduz hücumçusu Məhəmməd Salahın xidmətləri bəzi klublara təklif olunub.

90deqiqe.Az-ın " Defensa Central"a istinadən məlumatına görə, bu klublardan biri Madrid “Real”ı olub. Lakin “kral klubu” Salahın icarəyə götürülməsi variantından imtina edib. Madrid təmsilçisində bu transferin maliyyə baxımından məqsədəuyğun olmadığı qənaətinə gəlinib. Belə ki, misirli futbolçunun icarə haqqı üçün 12 milyon avro tələb olunurdu.

Qeyd olunur ki, “Real” qış transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirməyi planlaşdırmır.

Məhəmməd Salahın “Liverpul”la mövcud müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir. Hazırda 33 yaşlı hücumçu Misir milli komandasının düşərgəsindədir.







Transfer

"Fənərbağça"dan Rusiya klubuna
  • Transfer
  • 22:59 02.01.2026
"Fənərbağça"dan Rusiya klubuna