- Transfer
- 23:48 02.01.2026
Yarımmüdafiəçi Paskal Qross yenidən “Brayton”a qayıdıb.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
34 yaşlı futbolçu “qağayılar”la 2027-ci ilin ortalarınadək nəzərdə tutulan müqavilə imzalayıb.
Qrossun Dortmund “Borussiya”sından “Brayton”a transferinin maliyyə detalları açıqlanmır.
Qeyd edək ki, alman futbolçu 2017–2024-cü illərdə də “Brayton”un formasını geyinib. Həmin dövrdə yarımmüdafiəçi 261 rəsmi oyunda meydana çıxaraq 32 qol və 53 məhsuldar ötürmə ilə yadda qalıb.
Hazırda “Brayton” İngiltərə Premyer Liqasının turnir cədvəlində 14-cü pillədə qərarlaşıb. Komanda növbəti oyununu yanvarın 3-də öz meydanında “Börnli”yə qarşı keçirəcək.