- Transfer
- 23:48 02.01.2026
Braziliyalı sol müdafiəçi Renan Lodi “Atletiko Mineyro”ya transfer olunub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 25 yaşlı futbolçu, tibbi müayinədən keçdikdən və digər rəsmi prosedurları başa çatdırdıqdan sonra 5 illik müqavilə imzalayıb.
Renan Lodi, karyerasına vətənindəki “Atlético Paranaense”də başlamış və daha sonra Avropada “Atletiko Madrid”, “Nottingem Forest” və “Marsel” kimi klublarda çıxış edib. Növbəti mərhələdə Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunda oynayıb və 2025-ci ildəki Klublararası Dünya Çempionatında iştirak edib.
Braziliya milli komandasının üzvü olan Lodi, yığma ilə 19 oyunda iştirak edib və 2021-ci ildəki Amerika Kubokunda da yer alıb.