- Transfer
- 23:48 02.01.2026
“Tottenhem”in vinqeri Brennan Consonun “Kristal Pelas” klubuna keçidi rəsmiləşib.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Bu transfer klub tarixində ən bahalı transfer olaraq qeyd olunub. Transferin məbləği açıqlanmasa da, mətbuatda rəqəmin 40 milyon avro olduğu bildirilir.
Brennan Conson “Kristal Pelas”la 4,5 illik müqavilə imzalayıb və 11 nömrəli formanı geyəcək.
Növbəti oyunda, 4 yanvar tarixində “Kristal Pelas” səfərdə “Nyukasl”la qarşılaşacaq. Komanda hazırda Premyer Liqada 10-cu yerdə qərarlaşıb.