- Transfer
- 23:48 02.01.2026
Türkiyənin "Fənərbağça" klubunun sağ cinah hücumçusu Oğuz Aydın, Moskvanın "ÇSKA" klubuna transfer olub.
90deqiqe.Az-ın məlumatına görə, bu barədə jurnalist İvan Karpov öz Telegram kanalında məlumat yayıb.
25 yaşlı futbolçu "ÇSKA"ya 650 min avro qarşılığında icarəyə verilib. İcarə müddəti 15 iyun tarixinə qədərdir. İcarə müqaviləsində, əgər Aydın Rusiya Premyer Liqasının (RPL) "Mir" və ya Rusiya Kubokunda (Fonbet) altı oyunda iştirak edərsə (hər birində ən azı 55 dəqiqə oynayaraq) və ya "ÇSKA" Rusiya çempionatını qazanarsa, o zaman transferin tam alınması üçün 6 milyon avro ödəniləcək.
Əgər "ÇSKA" Aydını almağa qərar verərsə, transferin ilkin ödənişi 3 milyon avro olacaq, qalan 3 milyon isə 2027-ci ilin yayına qədər ödəniləcək. Həmçinin, "Fənərbaxça" futbolçunun gələcəkdəki satışı üzərindən qazancın 20%-ni alacaq.