- Transfer
- 23:48 02.01.2026
Türkiyənin "Qalatasaray" klubu, yay transfer pəncərəsi üçün güclənmək məqsədilə “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə maraqlanır.
90deqiqe.Az-ın "FCInter1908.it"ə istinadən məlumatına görə, türkiyəli futbolçu da uzun illər Almaniya Bundesliqasında və İtaliya A Seriyasında çıxış etdikdən sonra doğma Türkiyəsinə qayıtmağa hazırdır.
Futbolçunun müqaviləsi 2027-ci ilə qədərdir, amma Çalhanoğlu "İnter" rəhbərliyini onun doğma ölkəsinə keçməsinə icazə verməyə inandırmağı bacarıb. Həmçinin, "Qalatasaray"ın futbolçu üçün 12 milyon avroya qədər təklif verməyə hazır olduğu bildirilir.
Xatırladaq ki, Hakan Çalhanoğlu 2021-ci ildən "İnter"də çıxış edir və bu müddət ərzində iki dəfə Çempionlar Liqasının finalında oynayıb.