3 yanvar 2026. Şənbə

"Fənərbağça" Nkunkunun transferi üçün 30 milyon avro təklif edəcək


  • Transfer
  • 23:17 02.01.2026
  • Oxunma sayı: 10
"Fənərbağça" Nkunkunun transferi üçün 30 milyon avro təklif edəcək

Türkiyənin "Fənərbağça" klubu, "Milan"ın hücumçusu Kriştian Nkunkunu transfer etmək niyyətindədir.

90deqiqe.Az-ın "Fanatik"ə istinadən məlumatına görə, Domeniko Tedesko rəhbərliyindəki komanda, "rossoneri"yə 20 milyon avro təklif edib, amma İtaliya klubunun rəhbərliyi bu təklifi rədd edib.

Lakin mənbələr bildirir ki, "Fənərbağça" bu məsələdə geri çəkilməyəcək və təklifini 30 milyon avroya qaldıraraq, fransalı hücumçunu qış transfer pəncərəsində transfer etməyə çalışacaq.

Bu mövsümdə Kriştian Nkunku, "Milan"ın heyətində bütün yarışlarda 15 matçda iştirak edib. 28 yaşlı futbolçunun hesabında 3 qol və 2 asist var. Onun "Milan"la müqaviləsi 2030-cu ilə qədərdir.







Transfer

"Fənərbağça"dan Rusiya klubuna
  • Transfer
  • 22:59 02.01.2026
"Fənərbağça"dan Rusiya klubuna