- Transfer
- 23:48 02.01.2026
“Santos” klubunun sol cinah müdafiəçisi Joao Souza “Milan”a keçməyə yaxındır.
90deqiqe.Az-ın "Diario"ya istinadən məlumatına görə, 19 yaşlı futbolçu ilə “Barselona” da maraqlansa da, braziliyalı oyunçunun karyerasını İtaliyada davam etdirməsi daha real görünür.
“Blauqrana”nın perspektivli lateralla bağlı şansları xeyli azalıb. Bildirilir ki, “Milan” transfer üzrə tam razılığa gəlməyə çox yaxındır.
Nüfuzlu Transfermarkt portalının qiymətləndirməsinə əsasən, Souzanın bazar dəyəri 5 milyon avro təşkil edir. Gənc müdafiəçi “Santos”un əsas komandasında bütün turnirlərdə 38 oyun keçirib, 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.