- Transfer
- 23:49 03.01.2026
"Real" klubu "Mançester Siti"nin yarımmüdafiəçi Rodri ilə bağlı transfer planlarını hazırlayır.
90deqiqe.Az-ın "Marca"ya istinadən məlumatına görə, 2024-cü ilin yayında onun "Mançester Siti" ilə müqaviləsi sona çatacaq.
Əgər ispaniyalı futbolçu "Mançester Siti" ilə müqavilə müddətini uzatmaqdan imtina edərsə, İngiltərə klubunun rəhbərliyi, 29 yaşlı futbolçunun 2027-ci ildə sərbəst agent kimi ayrılmasının qarşısını almaq məqsədilə transferini nəzərdən keçirəcək.
Rodri, 2019-cu ildən "Mançester Siti"nin oyunçusudur və bu müddətdə 273 oyunda iştirak edərək, 26 qol və 32 məhsuldar ötürmə qeydə alıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 75 milyon avro olaraq qiymətləndirilir.