- Transfer
- 23:49 03.01.2026
"Çelsi"nin sabiq baş məşqçisi, hazırda "Koventri" klubunu çalışdıran Frenk Lempard London klubuna geri dönüş üçün özünü təklif edib.
90deqiqe.Az-ın "Topskills Sports UK"a istinadən məlumatına görə, Lempard, mövcud mövsümün sonuna qədər "Çelsi"ni çalışdırmağa hazır olduğunu klub rəhbərliyinə bildirib.
Lakin, "Çelsi"nin direktorlar şurası bu təklifi kəskin şəkildə rədd edib. Klub rəhbərliyi yalnız bir şəxsin - Fransanın "Strasburq" komandasını çalışdıran Liam Rosenioru baş məşqçi kimi qəbul etmək istəyir.
1 yanvarda "Çelsi" klubunun rəhbərliyi, baş məşqçi Enzo Mareskanı vəzifəsindən azad edildiyini açıqlayıb. Hazırda komanda 19 turun sonunda 30 xalla Premyer Liqada 5-ci sırada qərarlaşıb.