4 yanvar 2026. Bazar günü

"Yuventus" heyətini Premyer Liqadakı iki qapıçı ilə gücləndirə bilər


  • Transfer
  • 13:54 03.01.2026
  • Oxunma sayı: 17
"Yuventus" heyətini Premyer Liqadakı iki qapıçı ilə gücləndirə bilər

"Tottenhem"in  qapıçısı Gülielmo Vikario karyerasını "Yuventus"da davam etdirə bilər.

90deqiqe.Az-ın "Mirror"a istinadən məlumatına görə, Seriya A təmsilçisi 29 yaşlı qolkiperin xidmətində maraqlıdır. 

İtaliya millisinin qapıçısının mövsüm ortasında klub dəyişməsi ehtimalı azdır, amma Turin klubu hələ də onun transferi ilə bağlı danışıqlara başlamağa hazırdır.

Bundan əlavə, "Yuventus" "Vest Hem"də oynayan və əsas heyətdəki yerini itirən 31 yaşlı yarımmüdafiəçi Qvido Rodrigesi də maraqlandırır.

Cari mövsümdə Vikario 24 oyunda iştirak edib və 11 görüşü "boş" tamamlayıb. Qvido Rodriges isə 6 oyunda meydana çıxıb, amma heç bir məhsuldar ötürmə və ya qol ilə yadda qalmayıb.







Transfer

"Vest Hem" hücumçu transfer etdi
  • Transfer
  • 14:50 03.01.2026
"Vest Hem" hücumçu transfer etdi