- Transfer
- 03:16 05.01.2026
"Brayton"un yarımmüdafiəçisi Karlos Baleb İngiltərə Premyer Liqasında klubunu dəyişə bilər.
90deqiqe.Az-ın "Caught Offside"yə istinadən məlumatına görə, futbolçunun xidmətində "Liverpul", "Mançester Yunayted" və "Tottenhem" klubları maraqlıdır. Sözügedən klublar gənc futbolçu üçün mübarizəyə qoşulub və artıq futbolçunun agenti ilə də danışıqlara başlayıb.
Mənbəyə görə, cari qışda bir neçə klub kamerunlu futbolçu ilə bağlı sorğular edib, lakin "Brayton" rəhbərliyi Balebi yanvarda satmağa hazır deyil. Bununla belə, "Brayton" komandası, futbolçunun yayda komandadan ayrılmasını gözləyir.
22 yaşlı futbolçunun potensial transferi maraqlanan klublara 100 milyon avroya başa gələ bilər.
Baleb, 2023-cü ilin yayında "Brayton"la müqavilə imzalayıb. Bu müddət ərzində o, 96 oyunda iştirak edərək, 4 qol və 2 məhsuldar ötürmə qeydə alıb. Transfermarkt portalının məlumatına görə, futbolçunun bazar dəyəri 60 milyon avro təşkil edir.