- Transfer
- 03:16 05.01.2026
"Nottingham Forest"ın hücumçusu Arno Kalimuendo karyerasını Almaniyanın "Ayntraxt Frankfurt" klubunda davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, klublar 23 yaşlı futbolçunun mövsümün sonuna qədər icarəyə verilməsi ilə bağlı razılığa gəlib. İcarə müqaviləsində satın alma opsiyası da olacaq. Həmçinin, fransız futbolçu bu həftə ərzində tibbi müayinədən keçəcək.
"Nottingham Forest", Kalimuendonu ötən yay 30 milyon avroya "Renn" klubundan transfer etmişdi. Lakin, o, komandada yer tapa bilməyib. Cari mövsümdə 13 oyunda iştirak edən hücumçu, 2 qol vurub və yalnız 3 dəfə baş məşqçi tərəfindən əsas heyətdə meydana çıxıb.