- Transfer
- 03:16 05.01.2026
"Vest Hem" klubu, qış transfer pəncərəsinin ilk transferini həyata keçirib.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, İngilis klubu, Portuqaliyanın "Jil Visente" klubunda çıxış edən hücumçu Pablo Felipeni heyətinə qatıb.
Braziliyalı futbolçu ilə 4.5 illik uzunmüddətli müqavilə imzalanıb, həmçinin müqavilədə bir illik uzatma opsiyası da yer alır.
Transferin məbləği təxminən 25 milyon avro olub.
Pablo Felipe, "Vest Hem"də 19 nömrəli forma ilə çıxış edəcək.
Cari mövsümdə "Vest Hem" İngiltərə Premyer Liqasında 14 xal toplayaraq, cədvəlin 18-ci pilləsində qərarlaşıb.