- Transfer
- 03:16 05.01.2026
"Real" klubunun hücumçusu Rodriqo klubdan ayrıla bilər.
90deqiqe.Az-ın məlumatına görə, Madrid nəhəngi braziliyalının satışına yalnız 100 milyon avro və ya daha yüksək təklif alarsa razı olacaq. Əks halda, futbolçu komandada qalacaq.
Hazırda Rodriqonun transferinə maraq göstərən yeganə klub Fransanın PSJ klubudur. Paris təmsilçisi futbolçunun transferi ilə bağlı agenti ilə danışıqlara başlayıb.
"Arsenal", "Çelsi", "Liverpul" və "Mançester Siti" də 24 yaşlı hücumçu ilə maraqlansa da hələlik rəsmi danışıqlara başlamayıblar.
Bu mövsümdə Rodriqo 21 oyunda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə qeyd edib.