- Transfer
- 03:16 05.01.2026
"Tottenhem"in keçmiş qapıçısı Freyzer Forster İngiltərənin "Bornmut" klubu ilə müqavilə imzalayıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında imzalanan müqavilə altı aylıqdır. Bu, "Bornmut"un 2026-cı ilin ilk transferi olub.
Forster, müqaviləni imzaladıqdan sonra: "Mən çox şadam. Hər şey çox sürətlə baş verdi, amma burada olduğum üçün xoşbəxtəm. Komandaya kömək etmək və hər hansı bir şəkildə töhfə vermək fürsətini səbirsizliklə gözləyirəm," - deyə bildirib.
2022-2025-ci illər arasında Forster "Tottenhem"da çıxış edib, lakin keçən mövsümün sonunda komandadan ayrılıb. Son altı ayda isə qapıçı sərbəst agent olub.