5 yanvar 2026. Bazar ertəsi

"Borussiya" yaponiyalı oyunçunu icarəyə götürdü


  • Transfer
  • 21:11 03.01.2026
  • Oxunma sayı: 19
"Borussiya" yaponiyalı oyunçunu icarəyə götürdü

Mönhenqladbax “Borussiya”sının heyəti yeni futbolçu ilə gücləndirilib.

90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, Almaniya təmsilçisi yaponiyalı müdafiəçi Kota Takaini transfer edib.

21 yaşlı futbolçu cari mövsümün sonuna qədər icarə əsasında “Borussiya”da çıxış edəcək. Müqavilənin müddəti başa çatdıqdan sonra Takai “Tottenhem” klubuna geri dönəcək.

Qeyd edək ki, mərkəz müdafiəçisi cari mövsümdə heç bir rəsmi oyunda meydana çıxmayıb. O, “Tottenhem”lə müqavilə imzalamazdan əvvəl Yaponiyanın “Kavasaki Frontale” klubunun formasını geyinib.

Hazırda Bundesliqa turnir cədvəlində “Borussiya” 12-ci pillədə qərarlaşıb. Komanda 15 turdan sonra 16 xal toplayıb.







Transfer

“Nyukasl”dan “Çelsi”yə
  • Transfer
  • 14:24 04.01.2026
“Nyukasl”dan “Çelsi”yə