- Transfer
- 03:16 05.01.2026
Türkiyənin "Qalatasaray" klubu "Mançester Yunayted"in yarımmüdafiəçisi Manuel Uqarteni heyətinə qatmaq istəyir.
90deqiqe.Az-ın məlumatına görə, İstanbul təmsilçisi 24 yaşlı futbolçunu icarəyə götürməyi planlaşdırır və icarə müddətində onun maaşını tam ödəməyə hazırdır.
Cari mövsümdə Uqarte "qırmızı şeytanlar"ın heyətində 13 oyunda iştirak edib, lakin yalnız 4 dəfə start heyətinə daxil olub. Futbolçunun mövcud müqaviləsi 2029-cu ilə qədər etibarlıdır. Transfermarkt saytına görə, Manuel Uqartenin bazar dəyəri 30 milyon avro qiymətləndirilir.