- Transfer
- 23:57 06.01.2026
Fransanın “Strasburq” futbol klubu baş məşqçi Liam Rozenyorun “Çelsi” ilə danışıqlar aparması və London təmsilçisinə keçməyə yaxın olması səbəbindən onun əvəzləyicisini axtarır.
90deqiqe.Az-ın "The Athletic"ə istinadən məlumatına görə, bu çərçivədə Fransa klubu baş məşqçi postu üçün Qari O’Nilin namizədliyini nəzərdən keçirir.
Təyinatla bağlı yekun qərarın bu gün verilməsi gözlənilir.
O’Nil bu vəzifəyə gətirilərsə, bu, onun İngiltərədən kənarda ilk məşqçilik təcrübəsi olacaq. İngilis mütəxəssis daha əvvəl “Vulverhempton” və “Bornmut” klublarını çalışdırıb. O, 2024-cü ilin dekabrında “Vulverhempton”dan ayrıldıqdan sonra işsiz qalıb.
Hazırda “Strasburq” Fransa Liqa 1-in turnir cədvəlində 7-ci pillədə qərarlaşıb. Klubun növbəti oyunu Fransa Kuboku çərçivəsində 10 yanvar, şənbə günü dördüncü liqa təmsilçisi “Avranş”a qarşı keçiriləcək. Gözləntilərə görə, yeni baş məşqçi həmin görüşə hazırlıq prosesinə rəhbərlik edəcək.