7 yanvar 2026. Çərşənbə

Fletçer mövsümün sonuna qədər “Mançester Yunayted”i çalışdıracaq


  • Transfer
  • 19:42 05.01.2026
  • Oxunma sayı: 63
Fletçer mövsümün sonuna qədər “Mançester Yunayted”i çalışdıracaq

“Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Darren Fletçer komandanın müvəqqəti baş məşqçisi təyin olunacaq.

90deqiqe.Az-ın məlumatına görə,  o, bu postda vəzifəsindən azad edilən Ruben Amorimi əvəzləyəcək. 

"Mankunianlar" daimi baş məşqçinin gələn yay təyin olunmasını planlaşdırırlar. Mövsümün sonunadək komandaya müvəqqəti olaraq məhz Fletçer rəhbərlik edəcək.

Qeyd edək ki, Darren Fletçer “Mançester Yunayted”in yetirməsidir. O, 2002–2015-ci illərdə klubun formasını geyinib. Keçən yaydan etibarən isə “qırmızı şeytanlar”ın gənclər komandasını çalışdırırdı.

Hazırda “Mançester Yunayted” İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.







Transfer