- Transfer
- 14:10 07.01.2026
“Real Madrid”in ulduzu Vinisius Junior karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az-ın "The Guardian"a istinadən məlumatına görə, “Çelsi” 25 yaşlı forvardı transfer etmək niyyətindədir.
London klubu hazırda yeni baş məşqçi təyinatı ilə məşğuldur və braziliyalının transferi bu proseslə əlaqələndirilir.
“Çelsi” “Real”a 150 milyon avro təklif edə bilər – 125 milyon sabit ödəniş və 25 milyon performans bonusları şəklində.
Londonda hesab edirlər ki, braziliyalı ulduzun transferi klubun yeni dövrü üçün ciddi bəyanat ola bilər. Britaniya mənbələri də oxşar məbləği funtda ifadə edərək bu ehtimalı dəstəkləyir.
Qeyd edək ki, Vinisius hələ “Real”la yeni müqavilə üzrə razılığa gəlməyib. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.