- Transfer
- 00:22 08.01.2026
“Mançester Siti”nin mərkəz müdafiəçisi Natan Ake “Barselona”nın maraq dairəsinə düşüb.
90deqiqe.Az-ın "El Chiringuito"ya istinadən məlumatına görə, “Barselona” Akeni əsas transfer hədəflərindən biri kimi müəyyənləşdirib. Lakin 30 yaşlı müdafiəçini Kataloniya klubuna cəlb etmək asan olmayacaq.
Səbəb “Mançester Siti”nin mərkəz müdafiə xəttində yaranmış kadr problemləridir. Son vaxtlar Yoşko Qvardiol və Ruben Diaşın zədələnməsi vəziyyəti daha da mürəkkəbləşdirib.
Qeyd edək ki, Transfermarkt portalı Natan Akenin transfer dəyərini 18 milyon avro olaraq qiymətləndirir. Futbolçunun “Mançester Siti” ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.