8 yanvar 2026. Cümə axşamı

"İnter Mayami" Messi üçün yeni oyunçu transfer etdi


  • Transfer
  • 23:57 06.01.2026
  • Oxunma sayı: 58
"İnter Mayami" Messi üçün yeni oyunçu transfer etdi

Cinah müdafiəçisi Fakundo Mura səkkizqat “Qızıl top” sahibi Lionel Messinin çıxış etdiyi “İnter Mayami” klubuna transfer olunub.

90deqiqe.Az xəbər verir ki, bu barədə ABŞ təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 26 yaşlı futbolçu komandaya azad agent statusunda qoşulub. Argentinalı futbolçu klubuyla 2029-cu ilin ortalarınadək qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayıb.

Qeyd edək ki, Fakundo Mura “Estudiantes” klubunun yetirməsidir. Onun son klubu Argentinanın “Rasing” (Avellaneda) komandası olub.

Xatırladaq ki, ötən mövsümün yekunlarına əsasən “İnter Mayami” MLS çempionu olub.







Transfer