- Transfer
- 15:55 08.01.2026
Braziliyanın “Santos” klubu cinah hücumçusu Neymarla müqavilənin uzadıb.
90deqiqe.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, tərəflər arasında imzalanan yeni anlaşma 2026-cı ilin sonunadək qüvvədə olacaq. Müqavilənin maliyyə detalları açıqlanmayıb.
Xatırladaq ki, 33 yaşlı Neymar futbolçu karyerasına başladığı “Santos”a 2025-ci ilin yanvarında qayıdıb. O, 2025-ci il mövsümündə bütün turnirlər üzrə keçirdiyi 28 oyunda 11 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun əvvəlki müqaviləsi 31 dekabr 2025-ci ildə başa çatırdı.
Hazırda zədədən əziyyət çəkən Neymarın DÇ-2026-ya qədər sağalaraq turnirdə iştirak etməyi planlaşdırdığı bildirilir. O, bu məqsədini daha əvvəl də mətbuata açıqlamışdı.
Qeyd edək ki, Neymar daha öncə “Barselona” və PSJ klublarının da formasını geyinib.