9 yanvar 2026. Cümə

“İnter”i İstanbul nəhənginə dəyişir


  • Transfer
  • 21:13 07.01.2026
  • Oxunma sayı: 83
“İnter”i İstanbul nəhənginə dəyişir

“İnter”in müdafiəçisi Davide Frattezinin ayın sonuna qədər Türkiyənin “Qalatasaray” klubuna keçidi yüksək ehtimalla reallaşa bilər.

90deqiqe.Az-ın məlumatına görə, bu istiqamətdə danışıqlar artıq bir müddətdir davam edir və hazırda maliyyə detalları da məlum olub.

“İnter” futbolçunu 5 milyon avro qarşılığında icarəyə verməyə hazırdır. Müqaviləyə həmçinin 30 milyon avro məbləğində satınalma opsiyasının daxil edilməsi nəzərdə tutulur.

Tərəflər arasında əsas fikir ayrılığı isə məhz bu bəndlə bağlıdır. Türkiyə klubu italiyalı futbolçunun satınalma hüququnun opsional olmasını istəyir, “İnter” isə bu şərtin avtomatik qüvvəyə minməsində israrlıdır.

Xatırladaq ki, hazırda Milan təmsilçisi A Seriyasının turnir cədvəlində birinci pillədə qərarlaşıb.







Transfer