- Transfer
- 20:25 08.01.2026
Tanınmış italiyalı futbolçu Mario Balotelli karyerasını Birləşmiş Ərəb Əmirliklərində davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı hücumçu BƏƏ-nin “Əl-İttifaq” klubu ilə 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıb.
Balotellinin yeni komandası BƏƏ çempionatının ikinci divizionunda çıxış edir və 11 turdan sonra turnir cədvəlinin sonuncu pilləsində qərarlaşıb.
Qeyd edək ki, Mario Balotelli Avropanın aparıcı çempionatlarında çıxışı ilə tanınır. O, müxtəlif illərdə “Milan”, “İnter”, “Mançester Siti” və “Liverpul” klublarının formasını geyinib, həmçinin İtaliya milli komandasının heyətində çıxış edib.