- Transfer
- 20:25 08.01.2026
“Monako”nun sabiq hücumçusu Vissam Ben-Yedder karyerasını Mərakeş çempionatında davam etdirəcək.
90deqiqe.Az-ın məlumatına görə, 35 yaşlı forvard Mərakeşin “Vidad” klubu ilə qısamüddətli müqavilə imzalayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Müqavilə altı aylıq müddəti əhatə edir və daha bir mövsüm uzadılma şərtini nəzərdə tutur.
Qeyd edək ki, Ben-Yedderin son klubu Türkiyənin ikinci liqasında çıxış edən “Sakaryaspor” olub. Fransalı hücumçu ötən ilin sentyabrında bu komandaya keçmişdi. O, daha çox “Tuluza”, “Sevilya” və “Monako”dakı çıxışları ilə tanınır.