9 yanvar 2026. Cümə

"Tottenhem" "Santos"un müdafiəçisi üçün yeni təklif göndərib


  • Transfer
  • 22:41 07.01.2026
  • Oxunma sayı: 83
"Tottenhem" "Santos"un müdafiəçisi üçün yeni təklif göndərib

“Tottenhem” klubu sol cinah mövqeyini gücləndirmək məqsədilə transfer axtarışlarını davam etdirir.

90deqiqe.Az-ın məlumatına görə, London klubu Braziliya “Santos”unun sol cinah müdafiəçisi Souza prioritet hədəflərdən biri hesab edir. Klub ilk təklifi rədd olunduqdan sonra yeni, təkmilləşdirilmiş təklif göndərib – məbləğ təxminən 15 milyon avro təşkil edir.

19 yaşlı oyunçu Premyer Liqa səviyyəsinə keçiddə maraqlıdır və İngiltərəyə mümkün transferi müsbət qiymətləndirir. “Santos” isə hələ rəsmi cavab verməyib və razılaşmaya gələcək satışdan faiz maddəsinin salınmasında israrlıdır.

Gənc braziliyalı artıq “Santos”un əsas komandasında 38 rəsmi matça çıxıb, 1 qol vurub və 4 məhsuldar ötürmə müəllifi olub. Transfermarkt portalı onun hazırkı bazar dəyərini 5 milyon avro olaraq göstərir.







Transfer