9 yanvar 2026. Cümə

Verratti Argentina klubuna keçə bilər


  • Transfer
  • 00:22 08.01.2026
  • Oxunma sayı: 78
Verratti Argentina klubuna keçə bilər

“Əl-Duhail”in yarımmüdafiəçisi Marko Verratti karyerasını Argentinada davam etdirə bilər.

90deqiqe.Az-ın "Globo"ya istinadən məlumatına görə, italiyalı futbolçu ilə “Boka Xuniors” maraqlanır. Argentina klubu Libertadores Kubokunda uğurlu çıxış üçün orta xətti gücləndirməyi planlaşdırır. Bu səbəbdən artıq futbolçunun agenti ilə danışıqlar aparılır və keçidin yaxın günlərdə rəsmiləşəcəyi gözlənilir.

“Boka Xuniors” rəhbərliyi futbolçunun nümayəndələri ilə davamlı əlaqədədir və Verrattinin tələblərini öyrənməyə çalışır. Marko Verratti 2025-ci ilin yayında “Əl-Arabi”dən azad agent kimi “Əl-Duhail”ə keçib. Cari mövsümdə yarımmüdafiəçi 14 oyunda iştirak edib və 4 qol vurub. Transfermarkt portalı italiyalı futbolçunun dəyərini 7 milyon avro qiymətləndirir.







Transfer