9 yanvar 2026. Cümə

“Atalanta”dan “Fiorentina”ya


  • Transfer
  • 15:55 08.01.2026
  • Oxunma sayı: 54
“Atalanta”dan “Fiorentina”ya

“Atalanta”nın yarımmüdafiəçisi Marko Breşianini “Fiorentina”ya keçməyə yaxındır.

90deqiqe.Az-ın məlumatına görə, “bənövşəyilər” 25 yaşlı futbolçunu satınalma opsiyası ilə icarəyə götürəcək. Komanda A Seriyasında yerini qoruyub saxlayacağı təqdirdə, italiyalı oyunçunun transferi məcburi xarakter alacaq.

Qeyd edək ki, “Atalanta” Marko Breşianinini 2025-ci ilin yayında “Frozinone” klubundan 10 milyon avroya transfer edib. Cari mövsümdə yarımmüdafiəçi bütün turnirlərdə 12 oyunda meydana çıxıb və 1 qolla yadda qalıb. Transfermarkt portalı futbolçunun dəyərini 7,5 milyon avro olaraq qiymətləndirir.







Transfer