- Transfer
- 20:25 08.01.2026
“Real”ın hücumameyilli yarımmüdafiəçisi Arda Güler karyerasını İngiltərədə davam etdirə bilər.
90deqiqe.Az-ın məlumatına görə, “Arsenal” klubu 20 yaşlı futbolçunun çıxışını yaxından izləyir.
“Topçular” yaxın vaxtlarda türkiyəli futbolçu üçün satınalma opsiyası ilə icarə təklifi ilə “Real”a müraciət edəcək.
Madrid təmsilçisi isə hələlik yarımmüdafiəçini buraxıb-buraxmamaqla bağlı yekun qərar verməyib.
Arda Güler cari mövsümdə bütün turnirlərdə 26 matçda meydana çıxıb, 3 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Transfermarkt portalının məlumatına görə, gənc futbolçunun bazar dəyəri 90 milyon avro təşkil edir.