- Transfer
- 20:25 08.01.2026
Frankfurt “Ayntraxt”ının futbol akademiyasında məşq edən yarımmüdafiəçi Vinsent Karl karyerasını “Bavariya”da davam etdirə bilər.
90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, Bundesliqa çempionunun nümayəndələri 14 yaşlı futbolçunun inkişafını yaxından izləyirlər.
Münhen klubunun artıq yaxın günlərdə futbolçunun keçidi üçün qarşı tərəflə razılığa gələcəyi gözlənilir.
Qeyd edək ki, Vinsent Karl “Bavariya”nın yarımmüdafiəçisi Lennart Karlın kiçik qardaşıdır. Daha əvvəl Münhen klubunun 17 yaşlı futbolçu ilə müqaviləni 2031-ci ilə qədər uzatmaq istədiyi barədə xəbərlər yayılmışdı. Hazırkı sözləşmə isə 2029-cu ilin yayında başa çatır.
Xatırladaq ki, Bundesliqada 15 turdan sonra “Bavariya” 41 xal toplayaraq turnir cədvəlinə başçılıq edir.