9 yanvar 2026. Cümə

Abubakar “Neftçi”dən ayrılır?


  • Transfer
  • 18:59 08.01.2026
  • Oxunma sayı: 96
Abubakar “Neftçi”dən ayrılır?

Azərbaycan Premyer Liqası təmsilçisi “Neftçi” mövsümün sonunda müqaviləsi başa çatacaq Vensan Abubakarla bağlı qərarını verib.

90deqiqe.Az-ın "Africafoot"a istinadən məlumatına görə, Bakı klubu kamerunlu hücumçu ilə müqaviləni uzatmayacaq. Bildirilir ki, sözləşmədə nəzərdə tutulan opsiya maddəsindən istifadə edilməyəcək və təcrübəli forvardla yollar ayrılacaq.

Mənbənin məlumatına əsasən, Abubakar “Neftçi”nin yeni baş məşqçisi Yuri Vernidubun planlarına daxil deyil. Ukraynalı mütəxəssisin rəhbərliyə hücum xətti üçün yeni forvard transfer olunmasını istədiyi vurğulanır.

Qeyd olunur ki, mövsümün sonunda Abubakarın komandadan ayrılması gözlənilir. Braziliya A Seriyası klublarından “Vasko da Qama”nın futbolçu ilə maraqlandığı bildirilir. Bununla yanaşı, hücumçunun menecerinin oyunçunun Avropada qalmasını istədiyi qeyd olunur.

Bu mövsüm “Neftçi”nin heyətində 10 oyunda meydana çıxan Vensan Abubakar 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, kamerunlu hücumçu daha əvvəl Türkiyə Superliqasında “Beşiktaş” və “Hatayspor”un, eləcə də “Əl-Nəsr”, “Portu”, “Loryan”, “Valansyen” və “Coton Sport” klublarının formasını geyinib. Abubakar 2025-ci ilin oktyabrında “Neftçi” ilə müqavilə imzalamışdı.







Transfer