9 yanvar 2026. Cümə

“Beşiktaş”dan ayrılan futbolçu sabiq klubuna qayıdıb


  • Transfer
  • 19:13 08.01.2026
  • Oxunma sayı: 97
“Beşiktaş”dan ayrılan futbolçu sabiq klubuna qayıdıb

“Beşiktaş”la müqaviləsinə xitam verən Jonas Svensson karyerasını Norveçdə davam etdirəcək.

90deqiqe.Az xəbər verir ki, Norveç liqası təmsilçisi “Rosenborq” təcrübəli müdafiəçi ilə 2 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Transferlə bağlı fikirlərini bölüşən Svensson bildirib: “Ayrıldığım gündən bəri geri qayıtmağı xəyal edirdim. ‘Rosenborq’u həqiqətən çox sevirəm və bu klub mənim üçün xüsusi əhəmiyyət daşıyır. Burada çox gözəl xatirələr yaşamışam və kluba borclu olduğumu hiss edirəm. ‘Rosenborq’ üçün oynamaq mənim üçün sadəcə bir iş deyil.”

Qeyd edək ki, “Beşiktaş” klubu dünən Jonas Svenssonla müqavilənin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini açıqlamışdı. Norveçli sağ cinah müdafiəçisi İstanbul təmsilçisinin heyətində 71, “Adana Dəmirspor”da isə 84 matça çıxıb. Svensson karyerası ərzində Niderlandın AZ Alkmaar klubunun da formasını geyinib.







Transfer