9 yanvar 2026. Cümə

Şlotterbek “Borussiya”nı “Real”a dəyişməyə hazırdır


  • Transfer
  • 19:26 08.01.2026
  • Oxunma sayı: 85
Şlotterbek “Borussiya”nı “Real”a dəyişməyə hazırdır

Dortmund “Borussiya”sının mərkəz müdafiəçisi Niko Şlotterbek karyerasını Madrid “Real”ında davam etdirə bilər.

 90deqiqe.Az-ın "Bild"ə istinadən məlumatına görə, Madrid nəhəngi 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Alman klubu futbolçu üçün 70 milyon avro tələb etsə də, hazırda tələblərini azaltmağa hazırdır.

Məlumata görə, Dortmund təmsilçisi Şlotterbek üçün 50 milyon avro məbləğində təklifə razı ola bilər. Bildirilir ki, alman futbolçunun özü də “Real”a keçidə müsbət yanaşır.

“Real” müdafiə xəttində güclənməyə ehtiyac duyur. Mövsümün sonunda David Alaba və Antonio Rüdigerin komandadan ayrılacağı gözlənilir ki, bu da “kral klubu”nu alternativ variantlar axtarmağa məcbur edir.

Cari mövsümdə Niko Şlotterbek 18 matçda meydana çıxıb, 3 sarı vərəqə alıb, 1 qol vurub və 2 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer