9 yanvar 2026. Cümə

“Fənərbağça” Lukmanın transferində israrlıdır


  • Transfer
  • 19:41 08.01.2026
  • Oxunma sayı: 87
 “Fənərbağça” Lukmanın transferində israrlıdır

Türkiyənin “Fənərbağça” klubu İtaliyanın “Atalanta” komandasında çıxış edən hücumçu Ademola Lukmanı heyətinə qatmaq üçün rəsmi təklif göndərib.

 90deqiqe.Az-ın "Hurriyet"ə istinadən məlumatına görə, İstanbul təmsilçisi nigeriyalı futbolçu üçün məcburi satınalma şərti ilə icarə variantı təklif edib. Təklifin ümumi məbləği 35 milyon avro (5 milyon avro icarə haqqı + 30 milyon avro satınalma) təşkil edir.

Lakin “Atalanta” bu təklifi qəbul etməyib. İtaliya klubu Lukmanı yalnız tam transfer haqqı ödəniləcəyi təqdirdə satmağa hazır olduğunu bildirib. “Fənərbağça”nın bu şərtlərlə razılaşması ehtimalı yüksəkdir.

Qeyd olunur ki, mümkün transfer razılaşması “Atalanta”nın Çempionlar Liqasındakı çıxışları ilə əlaqədar olaraq yalnız yanvarın 28-dən sonra rəsmiləşdirilə bilər.

Ademola Lukman cari mövsümdə “Atalanta”nın heyətində 16 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.







Transfer